16 Aprel 2016 17:26
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Papa Françesko miqrant böhranına diqqət çəkmək üçün Yunanıstanın Midil adasına gedib.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi xəbər görə, Papanın ziyarətdən sonra Vatikana 10 nəfər miqrantla birgə dönəcəyi gözlənilir. O, bunu Avropa ölkələrinə məskunlaşdırma proqramına dəstək olaraq edəcək.

Miqrantların Yunanıstana sığınan köçkünlər arasından seçiləcəyi bildirilir. Papanın aparacağı miqrantlar səhhətində problem olan, fiziki qüsurlu və təkvalideynlilər arasından seçiləcək.

Naibə QURBANOVA


Müəllif: