Dünən 67 yaşını qeyd edən Rusiya estradasının primadonnası Alla Puqaçovanın doğum günündə gərginlik yaşanıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Alla Puqaçova yaxın dostları üçün Moskva restoranlarından birində kiçik mərasim təşkil edib.
Jurnalistlər Puqaçovanın tədbirə qatılan dostlarından intervü almağa çalışıb.
Öncə restoranın qapısından rusiyalı teatr və kino aktyoru, teleaparıcı Leonid Yarmolnik çıxıb və reportyorlar ona yaxınlaşıb. Sərxoş vəziyyətdə olan aktyor jurnalistlərdən onu çəkməməyi tələb edib: “Məni çəkmək olmaz”.
Aktyor onu çəkdiyini görən NTV telekanalının kamerasını sındırıb, digər jurnalistlərə hücum çəkib. Lakin başqa telekanalları təmsil edən jurnalistlər bahalı texnikalarını Yarmolnikin əlindən xilas edə biliblər.
Nərgiz