İran bu gün Dohada OPEK-ə üzv ölkələr və təşkilata üzv olmayan neft hasil edən ölkələrin toplantısını nümayəndə göndərməmək barədə qərar verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İranın neft naziri Bijan Namdar Zanqan bəyan edib.
İranın neft naziri deyib ki, Dohadakı görüş neft hasilatının dondurulması planında iştirak etmək istəyən ölkələr üçün nəzərdə tutulub: “İran belə bir plana imza atmayacaq, ona görə də bu görüşdə iştirakımız vacib deyildi”.
Qeyd edək ki, bundan əvvəl Dohadakı görüşdə İranın OPEK-dəki təmsilçisi Hüseyn Kazempur Ardebelinin iştirakı planlaşdırılırdı.
Qeyd edək ki, bu gün Dohada keçiriləcək görüşdə müzakirəyə çıxarılacaq layihədə neft hasilatının 1 oktyabr 2016-cı ilə qədər bu ilin yanvar ayındakı səviyyədə saxlanılması barədə razılaşmanın qüvvədə qalması təklif edilir. Görüşdə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edəcək.