“ABŞ Suriyadakı fəaliyyəti zamanı Rusiyadan qorxmamalıdır"
Amerikalı senatorlar Suriya məsələsində prezident Barak Obamanın yeritdiyi siyasəti tənqid ediblər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı məlumat türkiyəli yazar Taha Dağlının araşdırmasında yer alıb: "Senatorlar Obamanı Suriyadakı atəşə su tökməməkdə və heç bir şey etməməkdə günahlandırırlar. Onların fikrincə, Obama 5 ildə uçuşun qadağan olunduğu bölgə yaratsaydı, hazırda bu vəziyyət yaşanmazdı".
Dağlının sözlərinə görə, Obamanın son 5 ildə dəfələrlə Suriya böhranına müdaxilə etmək şansı olub. Ancaq Amerika yanğını söndürmək əvəzinə “ocağa odun atmağı” üstün tutdu: "Bu gün miqrant böhranı ilə üz-üzəyik. Böyük bir ölkə terror təşkilatlarının döyüş meydanına dönüşüb. İŞİD kimi müsəlmanlara zərər verən terror qruplaşması meydana gəldi. Yüz minlərlə insan həyatını itirdi, milyonlarla insan ölkədən qaçmaq məcburiyyətində qaldı.
Obama 2012-ci ildə "Əsəd gedəcək" dedi. Müxaliflərə dəstək verdi. 2013-cü ildə "Suriyaya müdaxilə edirik" dedi. Ancaq hamısında geri addım atdı, Rusiyanı Suriyaya çağırdı. Bəs nə etməli idi?"
Türkiyə yazar bildirib ki, hazırda çox sayda senator, general və digərləri Suriya məsələsindən narahatlıqlarını ifadə edir: "Onlar Obamanın Suriya ilə bağlı fəaliyyətini tənqid edirlər”.
ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton məsələ ilə bağlı fikirlərini bölüşüb: "Şəxsən Türkiyə-Suriya sərhədində uçuşun qadağan olunduğu bölgənin olmasını dəstəkləyirəm. Suriyanın şimalında humanitar yardım koridoru açılmalı və hava hücumlarının dayandırılması üçün addımlar atılmalıdır".
Senatın Təhlükəsizlik Komitəsinin üzvü Paul Selva təhlükəsiz bölgənin yaradılmasının tərəfdarı olduğunu deyib. Floridanın senatoru Marko Rubio, Cənubi Korolina ştatının senatoru Lindsey Qraham və Ohayo valisi Con Kasiç belə bölgənin yaradılmasının bölgədə gərginliyi azaldacağını söyləyib. Arizona ştatının senatoru Con Makkeyn Suriya böhranının həllində ABŞ-ın əsas diqqəti İŞİD ilə mübarizəyə həsr etməli olduğunu bildirib.
ABŞ-ın keçmiş prezidenti Corc Buşun qardaşı Ceb Buş ABŞ-ın Suriyadakı əməliyyatlarda iştirak edərkən Rusiyadan qorxması məsələsinə diqqət çəkib: "Suriyanın şimalında təhlükəsiz bölgəni dəstəkləyirəm. Bununla rejimin bombardmanlarının qarşısını almaq və yardıma möhtac suriyalılara dəstək ola bilərik. Bundan başqa, ABŞ Suriyadakı fəaliyyətlərini həyata keçirərəkən Rusiyadan qorxmamalıdır".
Nyu Cersi qubernatoru Kris Kristin Rusiyanın uçuşun qadağan olunduğu bölgəyə qarşı çıxdığı təqdirdə rus qırıcılarının vurulacağını qeyd edib".
Samir