Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən toqquşmalarda Ermənistan ordusunun 92 hərbi qulluçusu həyatını itirib və 125-i yaralanıb.
Ermənistan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məlumatına görə, həlak olanların ailələrindən heç biri ayrılan yardımla bağlı nazirliyə müraciət etməyib. Dövlət isə onların yalnız dəfn xərcini ödəyib. Qanuna əsasən, hərbi qulluqçunun həlak olması zamanı onun ailəsinə 2 milyon dram (4000 ABŞ dolları), yaralı olduğu halda isə 1 milyon dram (2000 ABŞ dolları) ödənməlidir.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri sosial təminat üzrə dövlət xidməti rəisinin birinci müavini Smbata Siayan deyib. Onun sözlərinə görə, həlak olan hərbi qulluqçuların ailələrinə aylıq 30 min dram (60 ABŞ dolları) ödənməlidir.
Hüquq müdafiəçisi Janna Aleksanyan hazırda ölkədə həlak olan və yaralanan hərbi qulluqçulara müvafiq məbləğin verilməsində problemlər var: "Dövlət onların dəfn xərclərini ödəyib. Təklif edərdim ki, Ermənistan müdafiə naziri Seyran Ohanyanın dəbdəbəli villalarını satsın və borcu ödəsin. Axı həmin hərbçilər onun həyatını xilas edib".
Samir