ABŞ, Fransa prezidentləri, Almaniya kansleri, Böyük Britaniya və İtaliyanın baş naziri aprelin 25-də bir araya gələcək.
Teleqraf.com “Frans Press”ə istinadən xəbər verir ki, dünya liderləri Barak Obama, Fransua Olland, Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron və İtaliya hökumətinin başçısı Matteo Rensi arasında Almaniyanın Hannover şəhərində qeyri-rəsmi görüş keçiriləcək.
Yelisey sarayından bildiriblər ki, görüş əsasən beynəlxalq məsələlərə həsr ediləcək.
Detallar açıqlanmayıb.
Nərgiz