Ukraynanın Donbas vilayətində yaraqlılarla ordu arasında atışma olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında atəşkəsin əldə olunmasına baxmayaraq dünən və bu gün hətta ağır silahlardan istifadə olunub.
ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik faktı təsdiqləyərək bildirib ki, gün ərzində azı 5 000 dəfə atəşkəs rejimi pozulur.
Tərəflərin itkiləri barədə heç bir məlumat verilmir.