Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında görüşdən sonra mətbuat konfransı keçirilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Şavuşoğlu NATO rəsmisi ilə görüşdə bir sıra ciddi məsələlərin müzakirə edildiyini söyləyib.
O, Türkiyənin qurumla münasibətlərinin, bu ilin iyulunda Varşavada keçiriləcək NATO zirvəsində qəbul olunası qərarların dəyərləndirildiyini, NATO-nun genişləndirilməsi mövzusuna da toxunulduğunu bəyan edib:
“NATO-nun genişləndirilməsində bizim konkret mövqeyimiz var. Çernoqoriyanın hərbi bloka qəbulunu dəstəkləyirik, eyni zamanda başqa ölkələrin də NATO üzvlüyü üçün addımlar atılmasını istəyirik. Bosniya-Herseqovina, Makedoniya və Gürcüstanı nəzərdə tuturam”.
Mahir