21 Aprel 2016 19:12
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya SSRİ-in bu ölkəyə vurduğu zuyana görə Rusiyaya qarşı təzminatı artırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Latviyada Sovet işğalından sonra yaranan zərərin qiymətləndirilməsi üzrə komissiyanın nümayəndəsi Ruta Pazdere məlumat verib.

Onun sözlərinə görə, əvvəllər Litvanın zərəri 185 milyard dollar göstərilirdi: "Hazırda bu məbləğ 300 milyard dollardır. Bura ekologiyanın çirkləndirilməsi, Sovetlər Birliyi tərəfindən Latviyada istehsal olunan malların satışındən əldə olunan gəlir və həmin dövrdə öldürülən insanların yaxınlarına vəd edilən məbləğ daxildir.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 5-də Latviya, Litva və Estoniya Sovet işğalından zərərin qiymətləndirilməsi ilə bağlı Riqada memorandum imzalayıb.

Samir


Müəllif: