22 Aprel 2016 11:43
3 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda səfərdə olan Sergey Lavrov İrəvanda 1915-ci il hadisələri ilə əlaqədar ucaldılmış "soyqırımı" abidəsini ziyarət edib.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, Lavrovu ermənistanlı həmkarı Edvard Nalbəndyan müşayiət edib. Rusiyalı nazir xatirə kitabına ürək sözlərini yazmağı da unutmayıb: "Çox sağ olun ki, erməni xalqının faciəsinin unudulmaması üçün hər şeyi edirsiz. Biz isə bunun təkrarlanmaması üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, Lavrov bu gün Ermənistan prezidenti Serj Sarkisyanla bir araya gələcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

Samir


Müəllif: