24 Aprel 2016 11:25
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus sualtı qayıqdan buraxılan ballistik raket Yaponiya üçün təhlükəli olmasa da, Pxenyanın bu hərəkəti narahatlıq doğurur. Bunu Yaponiyanın müdafiə naziri Qen Nakatani bəyan edib.

Nazirin sözlərini sitat gətirən NHK televiziya kanalı bildirib: “Buraxılış zamanı biz heç bir təhlükə hiss etmədik. Bununla yanaşı, belə hərəkətlər Yaponiya ərazisini və ətraf suları təhdid etdiyinə görə narahatlığımızı bildirməliyik”.

Nazir qeyd edib ki, bu günədək KXDR artıq ikinci dəfədir sualtı qayıqdan raket buraxıldığını elan edib. Pxenyan yeni raketlərin hazırlanması da daxil olmaqla, hərbi gücünü artırmaqda davam edir.

Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, cümə günü KXDR lideri Kim Çen In şəxsən sualtı qayıqdan raket buraxılışına rəhbərlik edib. Raketin buraxıldığı qayıq maksimum dərinlikdə yerləşib. Raket bərk yanacaqla işləyən yeni tip mühərriklə təchiz olunub. Sınaq nüvə başlığı üçün partladıcının etibarlılığını yoxlamaq məqsədilə aparılıb.


Müəllif:

Oxşar xəbərlər