Gürcüstanın baş naziri Georgi Kvirikaşvili aprelin 25-29-da ABŞ-a səfər edəcək.
Teleqraf.com-un RİA Novosti-yə istinadən xəbərinə görə, o, ABŞ-ın vitse prezidenti Cozef Baydenlə görüşəcək.
Georgi Kvirikaşvilinın Senat və Konqresin nümayəndələr palatasının üzvləri, ABŞ-ın aparıcı biznes dairələrinin nümayəndələri, QHT liderləri ilə görüşləri planlaşdırıb.
Gürcü baş nazir Dünya Bankının prezidenti Cim En Kim və Beynəlxalq Valyuta Fondunun direktor müavini Min Çjunla da danışıqlar aparacaq.
Georgi Kvirikaşvili aparıcı universitetlərdə çıxış edəcək, eləcə də gürcü tələbələrlə görüşəcək.
Səfərdə baş naziri onun müavini, XİN başçısı, iqtisadiyyat naziri və parlamentin xarici əlaqələr komitəsinin təmsilçisi müşayiət edəcəklər.
Nihad