27 Aprel 2016 21:48
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran əsilli türk iş adamı Rza Zərrab Nyu Yorkda məhkəmə qarşısına çıxarılıb. Teleqraf.com-un məlumatına görə, iş adamı ona qarşı olan ittihamları rədd edib.

Rza Zərrab ABŞ-ın İrana qarşı sanksiyaları fonunda çirkli pulların yuyulmasında ittiham olunur.

rza Zərrab məhkəməyə qara rəngli maşında gətirilib. Onun üzü tüklü, geyimi isə məhbuslara verilən zolaqlı paltardan ibarət olub. Müxbirlər Zərrabın ayaqlarının zəncirli olduğunu bildiriblər.

Hakim Berman prosesin əvvəlində 2014-cü ildə İstanbula səfər etdiyini xatırladıb. Hakim İstanbulun gözəl şəhər, insanlarının isə qonaqpərvər olduğunu diqqətə çatdırıb: "BMT-in sponsorluğu ilə "hüququn aliliyi" mövzusunda İstanbulda keçirilən simpoziumda iştirak etmişəm. Mənim məhkəmə təcrübəm və İstanbulda öyrəndiklərim bu işdə ədalətli qərar çıxaracağıça imkan verir.

Vəkil Brafman isə hakimin ədalətli insan olduğunu və onun düzgün qərar qəbul edəcəyinə inandığını bildirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər