Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Dmitri Roqozinə töhmət verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi "Birlik-2.1a" kosmik aparatının fəzaya buraxılması zamanı yaranmış problem göstərilib.
Qeyd edək ki, aprelin 27-də texniki nasazlıq səbəbindən kosmik aparatın buraxılması bir sutkalıq təxirə salınmışdı.
Samir