Hazırda Rusiyanın Gümrüdə 102-ci hərbi bazası fəaliyyət göstərir. Bu bazada rus pilotlar hərbi təlimlər keçir. Bu cür təlimlərdən birinin görüntüsü yayılıb.
Ermənistanın Gümrü şəhərində yerləşən bu hərbi baza Rusiyanın cənub cinahına nəzarət üçün hərbi platsdarmdır. Bura toplanan S-300 zenit-raket kompleksləri, "MIQ-29” təyyarələri Türkiyə və Qərbdən gələn təhlükələrin qarşısında ilk sipər kimi nəzərdə tutulub. Ermənistanı böyük silah-sursat anbarına çevirən Rusiya prezident Vladimir Putinin rəhbərliyi altında Şimali Qafqazda 70 mindən artıq qüvvəni ehtiyat olaraq saxlanılır.
Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu üçün 1995-ci ildən bəri KTMT şərti düşmən əleyhinə mütəmadi təlimlər keçirir. Bu hərbi baza KTMT-nin Ermənistandakı "hərbi ofisi” rolunu oynayır.
Xatırladaq ki, 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb.
BAKU.WS