Türkiyənin Kilis şəhərinə axşam saatlarında 4 roket mərmisi düşüb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Qeyd olunur ki, daha öncə səhər və axşam saatlarında şəhərə bir neçə mərmi düşüb, və bunun nəticəsi olaraq bir neçə nəfər yaralanıb.
Türkiyə Silahlı Qüvvələri cavab olaraq İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Nəticədə terror qruplaşmasının 20 üzvü məhv edilib.