Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əyyub Bələdiyyəsinin xidmət binasının açılışında Avropa Birliyi (AB) ilə viza razılaşması mövzusuna da toxunub.
Türkiyə prezidenti AB-ni bu ölkənin terrorla mübarizəsinə müdaxilə etməkdə suçlayıb:
"Avropa Birliyi viza sərbəstliyi əvəzində terrorla mübarizə qanunun dəyişdirilməsini istəyir. Siz öncə Avropa Parlamenti qarşısında terroristlərin çadır qurmasına izn verən zehniyyətinizi niyə dəyişmirsiz?
Terrorsitslərə çadır quracaqsan, bizə də viza şərti irəli sürəcəksən. Di baxaq görək, biz öz yolumuzla gedirik, sən də öz yolunla get. Kiminlə anlaşa bilirsən, onunla anlaş".
Mahir