9 May 2016 21:41
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Axel Springer" media konserninin rəhbəri Matias Depfneri məhkəməyə verib. "Report"un məlumatına görə, bu barədə Türkiyə liderinin vəkili Ralf Xekker xəbər verib.

Məlumata görə, buna səbəb şirkət rəhbərinin televiziya aparıcısı Yan Bemermana Ərdoğanı təhqir etməsinə görə dəstək verməsidir. Depfner satirikə açıq məktubunda onun efir zamanı səsləndiordiyi şeirini "müvəffəqiyyətli" hesab etdiyini bildirib və təhqiramiz şeiri dinləyərkən güldüyünü deyib. Konsernin idarə heyətinin sədri qeyd edib, ki, o, təhqiramiz şeirdəki qısa fikirlərə və təhqirlərə qoşulur.

Xatırladaq ki, Yan Bemerman martın 31-də "Neo Magazin Royale" verilişində Türkiyə dövlət başçısının ünvanına təhqiramiz şeir oxuyub. Bu, rəsmi Ankaranın AFR-ın Xarici İşlər Nazirliyinə şifahi nota verməsi ilə nəticələnib.


Müəllif:

Oxşar xəbərlər