Ötən il vergi dələduzluğunda günahı sübuta yetirilmiş İtaliyanın sabiq baş naziri və "Milan" klubunun sahibi Silvio Berluskoni qocalar üçün mərkəzdə məcburi ictimai işlər formasında cəza çəkəcək.
Bu barədə Milan şəhər məhkəməsi qərar verib. 77 yaşlı Berluskoni ictimai işlərdə il ərzində həftədə 4 saat vaxtını keçirməli olacaq, amma yarım il sonra qanun üzrə bu müddət 9 aya qədər azaldıla bilər.
Xatırladaq ki, qocalar evi Milanda yerləşir. Orada yaşı 65-dən yuxarı olan təxminən 40 insan yaşayır. Orada Altsheymer xəstəliyi və əlilliyin ağır formalarından əziyyət çəkən xəstələr var.
Bu gün Berluskoninin ictimai işləri yerinə yetirərkən görüntüsü yayılıb.