13 May 2016 22:30
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Con Kerri dünya turu çərçivəsində Vyanaya səfər edəcək.

APA-nın məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin bəyanatında deyilir.

Onun sözlərinə görə, C.Kerri Avstriyanın paytaxtına səfəri zamanı Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək: “"Dövlət katibi Rusiya və Fransa nümayəndələri ilə birgə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə iştirak edəcək".

C.Kerri Vyanada həmçinin Liviya üzrə görüşdə və Suriyaya dəstək qrupunun iclasında iştirak edəcək.


Müəllif:

Oxşar xəbərlər