Oslo yaxınlığındakı Riqqe hava limanında Norveçdən İngiltərəyə uçan təyyarənin sərnişinləri evakuasiya olunub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iki nəfər şübhəli şəxs qismində saxlanılıb.
Onlardan birinin Böyük Britaniya, digərinin isə Şri Lanka vətəndaşı olduğu bildirilir.
"Ryanair" aviaşirkətinə məxsus təyyarənin Oslo-Mançester marşrutu üzrə uçduğu qeyd olunur.