Türkiyənin sabiq şəhərsalma və ətraf mühitin qorunması naziri Ərdoğan Bayraqdar xoşagəlməz olayla gündəmə gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, İstanbulda təhlükəsizlik işçisini döyüb.
Axşam saatlarında İstanbulda yerləşən Avropa şəhərciyinə gələn Bayraqdar təhlükəsizlik işçisi tərəfindən saxlanılıb. Mühafizəçi onun kim olduğunu və hansı mənzili ziyarət edəcəyini soruşub. O sabiq nazirə bildirib ki, qonaq gələn şəxs şəhərcik sakininin faktı təsdiq etməsindən sonra içəri buraxılacaq. Bu isə Bayraqdarın xoşuna gəlməyib və təhlükəsizlik işçisinə hücum edib.
Hadisə anı təhlükəsizlik kamerasına əks olunub. Həmin görüntüləri təqdim edirik:
Samir