İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) erməni üzvü Emit Sərkisyan Suriyada gedən döyüşlərdə həlak olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bir neçə həftə əvvəl Suriyaya göndərilən Emit Sərkisyan bu ölkənin şimal bölgəsində Əsədə müxalif qüvvələr tərəfindən öldürülüb.
İranın hökumət saytları mayın 16-da yaydıqları kiçik məlumatlarda Emit Sərkisyanı Həzrət Zeynəbin qəbrinin müdafiəçisi adlandıraraq, ona “şəhid” ləqəbi veriblər.
Samir