17 May 2016 16:03
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda iki fərqli bölgədə silsilə partlayışlar baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisələr zamanı 44 nəfər həyatını itirib, 91 nəfər yaralanıb.

Məlumatlara görə, hər iki hadisə bomba yüklü avtomobilin bazara yaxınlaşması nəticəsində meydana gəlib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Samir


Müəllif: