Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının növbəti iclası keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iclasdan sonra partiya sədrinin müavini və mətbuat katibi Ömər Çelik AKP sədrliyinə namizədin adını açıqlayıb.
AKP-nin yeni sədri və Türkiyənin Baş nazirliyi postuna yeganə namizəd nəqliyyat, rabitə, dənizçilik naziri Binalı Yıldırım olacaq. Mayın 22-də keçiriləcək qurultayda Binalı Yıldırımın partiya sədrliyi və Baş nazirlik postuna təyinatına baxılacaq.
AKP liderliyinə digər iki real namizəd Bəkir Bozdağ və Numan Kurtulmuş idi.
Samir