Türkiyədə qadın oğlunun tabletindən oyun sildiyinə görə, qonşu uşağını vəhşicəsinə döyüb.
Teleqraf.com xəbər verir ki, hadisə İstanbulun Bahçelievlər məhəlləsində baş verib. 9 yaşlı B.E qonşuluqdakı dostunun evində olarkən onun tabletindəki oyunu silib və evi tərk edib. Uşaq anası E.S-yə oyunun silindiyini deyib. Bundan bərk əsəbləşən qadın küçəyə çıxaraq B.E-ni axtarmağa başlıyıb.
B.E-ni bağçada görən qadın ona hücum edərək döyməyə başlayıb. Uşağı yerə yıxaraq zərbələr endirən E.S onun başını dəfələrlə asfalta çırpıb. Uşağın çığırtısına küçəyə çıxan qonşular onu vəhşiləşmiş qadının əlindən ala biliblər. Amma sakitləşməyən qadın onlarla da mübahisə etməyə başlayıb.
Olay təhlükəsizlik kamerasına düşüb:
Uğur