22 May 2016 00:39
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müdafiə naziri Eşton Karter yaponiyalı həmkarı Qen Nakatani ilə telefon danışığı zamanı amerikalı keçmiş dəniz piyadaçısının aprel ayında Okinavada 20 yaşlı yerli sakini qətlə yetirməsinə görə üzr istəyib. Bu barədə məlumatı Pentaqonun mətbuat katibi Piter Kuk yayıb.

Eşton Karter gənc qızın qətlindən dərin kədər hissi keçirdiyini bildirib və onun ailəsindən, dostlarından üzrxahlıq edib. O deyib ki, Pentaqon bu cinayətin araşdırılmasında Yaponiya tərəfinə lazımi kömək göstərəcək.

Piter Kuk bildirib ki, ABŞ-ın Müdafiə Nazirliyi gələcəkdə belə halların baş verməməsi üçün lazım olan bütün tədbirləri görəcək. O vurğulayıb ki, bu xoşagəlməz hadisəyə baxmayaraq müdafiə nazirləri ABŞ ilə Yaponiya arasında Asiya-Sakit okean regionunda sülh və sabitliyin əsası olan müttəfiqlik münasibətlərinin möhkəmliyini qeyd ediblər.

Xatırladaq ki, Yaponiya Müdafiə Nazirliyi Okinavada törədilmiş qətl hadisəsi ilə əlaqədar ABŞ-a etiraz etmişdi.


Müəllif:

Oxşar xəbərlər