"ABŞ Rusiya və Çinin son günlər həyata keçirdiyi hərbi aviasiya fəaliyyətlərindən narahatdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Qebrert Karlayl deyib.
Onun sözlərinə görə, narahatlıq ondan ibarətdir ki, Rusiya və Çin təyyarələri son vaxtlar tez-tez ABŞ-a məxsus uçuş aparatlarını ələ keçirir: "Rusiya Su-27-ləri ötən həftə ABŞ-a məxsus kəşfiyyatçı təyyarəni Baltik dənizi üzərindən, Çin qırıcıları isə Cənubi Çin dənizi üzərindən uçarkən ələ keçiriblər. Bu, bizi narahat edir".
General əlavə edib ki, bu cür halların qarşısını almaq üçün Rusiya və Çin hərbçiləri ilə daim əlaqədə olmaq çox vacibdir.
Karlaylın fikrincə, Rusiya bu hərəkətləri ilə Şərqi Avropada, Çin isə Cənubi Çin dənizində öz nəzarətini bərpa etmək istəyir: "ABŞ öz fəaliyyətini bu regionların beynəlxalq hava məkanında davam etdirir və öz hərəkətlərinə cavabdehdir".
Samir