Donetsk məhkəməsi tərəfindən 22 il müddətinə azadlıqdan məhrum edilən ukraynalı təyyarəçi Nadejda Savçenkonu vətənə qayıdır.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, Savçenkonun hazırda Ukrayna prezidenti Petro Poroşenkonun təyyarəsində olduğu bildirilib.
Məlumatlara görə, Savçenko Ukraynada saxlanılan iki rusiyalı xüsusi təyinatlılar Aleksandr Aleksandrov və Yevgeni Erofeyev ilə dəyişdirilib. Məsələ ilə bağlı Poroşenkonun açıqlama verməsi gözlənilir.
Qeyd edək ki, Savçenko rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin qətlində, eləcə də Rusiya sərhədlərini qanunsuz keçməkdə təqsirli bilinib.
Samir