4 İyun 2016 11:14
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama "First Lady" olaraq bir kollecdə qatıldığı son buraxılış mərasimində ad çəkmədən Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı tənqid edib.

Birinci xanım Nyu-York Universitetinə məxsus kollecdəki buraxılş mərasimində çıxış edib. 3 min 848 tələbənin məzun olduğu tədbirdə uniforma geyən Mişel Obama son məzun çıxışını məhz bu kollecdə eləməsini burda 150 ölkədən 100-dən artıq fərqli dildə danışan gəncin təhsil alması ilə əlaqələndirib:

"Çox təəssüf ki, təhsil buraxılışları, tariximiz və bu kollecdəki təcrübələrimizin bizə verdiyi dərslərə baxmayaraq, fərqli mövqedə olanlar da var".

Mişel Obama xalqı gəlmə və yerlilərə bölməyə, onlar arasında divar hörməyə çağırışlar edən liderlərin olduğunu da deyib.

Seçki kampaniyasında müsəlman və mekiskalı miqrantlar əleyhinə açıqlamalar verən, ABŞ-la Meksika arasında divar hörəcəyini bildirən Donald Trampı adsız tənqid edən Mişel Obama belələrinin ABŞ-dakı müxtəlifliyi bir qaynaq kimi yox, təhdid kimi gördüklərini söyləyib.

ABŞ-dakı müxtəlifliyi bənzərsiz birgəyaşayış kimi dəyərləndirən xanım Obama Amerikanın məhz bu amil hesabına rifaha çatdığını vurğulayıb:

"ABŞ-ı öz qorxularımıza təslim etməyəcəyik. İnsanları o tayda saxlamaq üçün divar hörməyəcəyik. Çünki bilirik ki, bizim böyüklüyümüz özgə yerlərdə doğulmuş, ancaq bu ölkədə özünə yurd-yuva qurmuş insanların dəstəyinə bağlıdır".

Mahir


Müəllif:

Oxşar xəbərlər