İraq ordusu Əl-Fəlucə şəhəri yaxınlığında yerləşən Əs-Səkləviyyə şəhərini İŞİD terrorçularından azad edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl İraq ordusu bütün cəbhə xətti üzrə Əl-Fəlucə şəhərinə hücuma keçərək şəhərin Ən-Nüaymiyyə rayonunu nəzarətə götürüb.
Qeyd edək ki, Əl-Fəlucə şəhəri 1014-cü ildə İŞİD-in nəzarətinə keçib.