Bəhreyn polisi dünən səhər həbsxanadan qaçan altı nəfəri hələ də axtarır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Bəhreyn daxili işlər nazirliyinin mətbuat xidməti yayıb.
Bu gün krallığın Daxili işlər naziri Rəşid ben Abdulla Əl Xəlifə təhlükəsizlik xidməti əməkdaşları ilə görüş keçirib. Görüşdə 17 nəfərin qaçmasının təfərrüatları müzakirə olunub.
DİN-nin məlumatına görə, qaçış dünən səhər baş tutub. Hadisə zamanı dörd polis əməkdaşı xəsarət alıb. Hazırda polis 11 nəfəri həbs edə bilib. Daha 5 nəfər isə qaçanlara kömək etdiyinə görə saxlanılıb. 6 nəfərin axtarışı isə davam etdirilir.