İspaniyanın 18 muxtar vilayətinin parlamenti qondarma erməni soyqırımının tanınması ilə bağlı qanun layihəsini rədd edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, millət vəkillərinin əksər hissəsi qanun layihəsinin əleyhinə səs verib.
Məlumatlara görə, İspaniyanın Xalq Partiyası "erməni soyqırımı"nın tanınmasının qarşı çıxıb. Sosialist Fəhlə Partiyası isə qanun layihəsini dəstəklədiyini bildirib. Bununla bağlı Türkiyənin Madriddəki səfiri Ömər Önhon açıqlama verib.
O bildirib ki, qərar tamamilə ədalətli olub. Səfir xatırladıb ki, 2015-ci ilin mayında İspaniya Senatında keçirilən səsvermə zamanı 130 deputat qərar layihəsinin əleyhinə, 14 deputat lehinə səs verib, 68 millət vəkili isə bitərəf qalıb.
Samir