20 Aprel 2021 14:29
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyan Zəngəzura gəlib.

Teleqraf.com xəbər verir ki, o, səfəri çərçivəsində Gorus, Sisyan, Xndzoresk, Artaşen və Karaxunj rayonlarının kəndlərinin rəhbərləri ilə görüşüb.

Görüşdə bölgədə müharibədən sonrakı vəziyyət, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Kəndlərin rəhbərləri Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı təhlükəsizlik məsələsini “prioritet problem” kimi təqdim ediblər. Onların sözlərinə görə, yerli sakinlərin əsas məşğuliyyəti maldarlıqdır, lakin sərhəd xətlərinin işarələnməsindən sonra bir çox otlaq və əkin torpaqları Azərbaycan ordusunun nəzarətinə verilib.

Onlar bunun əhalinin onsuz da çətin olan sosial-iqtisadi vəziyyətini daha da pisləşdirdiyini deyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu