17 İyul 2021 11:39
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun əsgəri 2001-ci il təvəllüdlü Artur Qazaryan aldığı güllə yarasından ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə dünən baş verib. N saylı hərbi hissənin əsgəri Kazaryan xidməti vəzifəsi zamanı hərbçi yoldaşı tərəfindən güllələnib. Hadisənin silahla davranma qaydalarının pozulması səbəbindən baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu