20 Oktyabr 2021 16:32
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda, daha dəqiq oktyabrın 15-də İrəvanda millətçilərin mitinqi keçirilib. İştirakçıların ritorikası həm hökumətə, həm də Rusiyaya qarşı idi.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın tanınmış telejurnalisti, Ümumrusiya Dövlət Televiziya və Radio Kompaniyasının əməkdaşı, Moskva şəhər dumasının deputatı (2019-cu ildən) Andrey Medvedyev Telegram kanalında yazıb.

Bir sıra Rusiya saytlarının öz səhifələrində yerləşdirdiyi yazıda deyilir:

Küçələrə çıxan ermənilər Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqir yağdırırlar (videoda sübut). Bizim prezidentimiz müharibəni dayandırmaq üçün göstərdiyi diplomatik səylərə cavab olaraq Ermənistan əhalisindən belə qara nankorluq görəcəyini bilirdi. Necə deyərlər, yaxşılıq et... Xatırladım ki, keçən həftə erməni vandalları Putinin şəkli və minnətdarlıq sözləri yazılmış bilbordları ləkələmişdilər.

Bəlkə, Azərbaycanın bütün Qarabağı geri almasına mane olmağa ehtiyac yoxdur? O zaman hərbçilər və qaçmağa macal tapmayan mülki əhali arasında qurbanlar nə qədər olardı? Amerikanı sevirsiz? Bəs siz döyüşə gedəndə o harada idi? Mən əvvəllər (https://t.me/kremlinprachka/15416) ABŞ və İranın bu bölgədəki maraqları haqqında yazmışam. Maraqlıdır, görəsən, etiraz nümayişinə onlardan hansı sponsorluq edib? Gəlin, təxmin edim...

Ümumiyyətlə, təəccüblüdür ki, Moskvada ya nəzakətlə elə bir görüntü yaradırlar ki, baş verənlər diqqətdən kənarda qalır, ya da həqiqətən Ermənistanda rusofob əhval-ruhiyyənin körükləndiyini görmürlər.

Yaxşı, bu körükləməni həyata keçirən nasoslar var. Onlar buna qədər də orda idilər, biz hər şeyi əla xatırlayırıq. Ancaq indi rusofobiya yeni kontekst əldə edib. Erməni ictimaiyyətinin nə yazdığını oxumaq və ya müxtəlif hərəkat fəalları ilə ünsiyyətdə olmaq kifayətdir.

Və bu zaman siz biləcəksiniz ki, Qarabağı Azərbaycan ordusuna təslim edən Moskva olub. Siz biləcəksiniz ki, erməni hərbçiləri təmas xəttində öldürülürlər, çünki Rusiya sülhməramlıları onlara səngər qazmağa icazə vermirlər. Qadağan edirlər. Bax, gəlirlər və qadağan edirlər. Bax, Moskva və Ankara Ermənistanı bölmək barədə razılığa gəliblər və buna görə də Ermənistan ABŞ-dan və nəyə görəsə Fransadan xilas gözləməlidir. Rusiya kompaniyaları Ermənistana qeyri-düzgün silahlar veriblər və onlar yanlış istiqamətdə atəş açırlar. Və digər şaxtalı hekayələr eşidəcəksiz.

Eyni zamanda, şəxsən mən Qarabağ müharibəsi ətrafında yaranmış vəziyyəti bir qədər absurd hesab edirəm. Yəni, baxın ki, Ermənistanın rəsmən öz ordusunu göndərmədiyi (sərhədçilər və polis sayılmır) və Ermənistan tərəfindən tanınmayan respublika müharibəni uduzur, nədənsə Moskva günahkardır.

Bu əhval-ruhiyyə kənardan aktiv şəkildə alovlandırılır. Və yox, türklər tərəfindən yox. Onlar özləri sakitcə elitalarla işləyir, sadəcə satın alırlar.

Əlbəttə, indi mənə yazacaqlar ki, İrəvan küçələrində bu qışqırıqların və internetdəki açıqlamaların heç bir mənası yoxdur, normal ermənilər Rusiyanı sevirlər, sadə insanlar Rusiyadan yanadır və sair.

Hər şey doğrudur.

Ancaq siyasətlə əksəriyyət məşğul olmur. Passionar azlıq məşğul olur. Budur, o indi Ermənistanı uçuruma aparır.

Böyük əksəriyyət – hansı ki, Rusiyanı sevənlər də ora (uçuruma) gedir. Çünki onlar hər şeyin birtəhər öz-özünə idarə olunacağına, birtəhər dönəcəyinə ümid edirlər. Alınmayacaq.

Artıq alınmadı.


Müəllif: Səxavət Həmid