30 Oktyabr 2021 09:51
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hakim “Mülki Müqavilə” Partiyasının parlament fraksiyasının katibi Nazeli Bağdasaryan deputat mandatından istefaya dair ərizə verib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, parlamentin mətbuat xidməti faktı təsdiq edib.

İstefa ərizəsi dərc edildikdən sonra deputat bir həftə ərzində yazılı müraciətində yuxarıdakı bəyanatını geri götürə bilər, bundan sonra parlamentin sədri bunu açıq elan etməlidir.

Deputat öz bəyanatını geri götürmədikdə protokol tərtib edilir və bu protokol parlament sədri tərəfindən imzalanır və dərc olunur. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş sayılır.


Müəllif: Nemət