5 Yanvar 2022 16:33
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bundan sonra hər hansı binanın tikintisi zamanı icazə və layihə olmalıdır”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 5-də hökumətin iclasında deyib.

Paşinyan əlavə edib ki, icazəsiz tikililərin uçotunun aparılması və onların gələcək taleyi ilə bağlı qərarın verilməsi üçün vaxt çərçivəsi müəyyən olunub:

“Burada əsas sualımız budur: riskləri necə idarə edəcəyik ki, bu müddət ərzində dalana dirənməsin?”.

Kadastr komitəsinin rəhbəri Suren Tovmasyan qeyd edib ki, 2021-ci ildə aparılan aerofotoqrafiya nəticəsində 2021-ci ilə qədər tikilmiş icazəsiz tikililər qeydə alınıb.

Nikol Paşinyan isə bəyan edib ki, təminatlar yaradılır ki, kimsə 2022-ci ildə tikilmiş icazəsiz tikililəri qanuniləşdirməyə cəhd etməsin: “Çünki bu baş verməyəcək və icazəsiz tikili sökülməyə məruz qalacaq”.

Erməni müxalifəti və müxalif mediası Paşinyanın bu addımını “baş nazirin tikintiyə müharibə elan etməsi” kimi təqdim edib.


Müəllif: Nemət

Oxşar xəbərlər