7 İyun 2022 00:33
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı etiraz hərəkatlarının liderlərindən biri İşxan Saqatelyan müxalifətin bu gün İrəvanda keçirilməsi planlaşdırılan aksiyaları barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, bu gün səhər saatlarında nümayişçilər mərkəzi meydandan Aİ-nin Ermənistandakı nümayəndəliyinə doğru yürüş edəcəklər.

“Bu günlərdə baş verən bütün zorakılıq hallarını aydın faktlarla təqdim edəcəyik. Biz müvafiq qiymətləndirmə tələb edəcəyik”, - deyə o bildirib.

Siyasətçi bildirib ki, müxalifət mövcud vəziyyəti, tələblərini və prioritetlərini təqdim etmək üçün Ermənistanda akkreditə olunmuş müxtəlif səfirliklərlə görüş tələb etməyi planlaşdırır.


Müəllif: Teleqraf.com