13 İyun 2022 16:27
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Qətərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyanı Doha beynəlxalq hava limanında Qətər xarici işlər naziri Sultan bin Saad Əl-Mürrey qarşılayıb.

Baş nazirin Qətərin rəhbər şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Paşinyan səfərinin ilk günü Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə görüşüb.

Əmir Ermənistan və ölkəsi arasında mehriban münasibətləri və qarşılıqlı etimadı yüksək qiymətləndirərək, Qətər tərəfinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında və möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Tərəflər iqtisadiyyat, informasiya texnologiyaları, elm, turizm, mədəniyyət sahələrində əlaqələrin inkişafından danışıblar.

Baş nazir Qətər əmirini Ermənistana rəsmi səfərə dəvət edib və bu, qəbul edilib.


Müəllif: Mənsur Rəğbətoğlu