Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a yola düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda Qriqoryanın sentyabrın 26-dan ABŞ-ın paytaxtı Vaşinqtonda olacağı bildirilib.
Səfər çərçivəsində Təhlükəsizlik Şurası katibinin bir sıra işgüzar görüşləri olacaq.
Səfərin neçə gün davam edəcəyi açıqlanmır.