21 Noyabr 2022 12:36
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prokurorluğu 14 və 16 noyabr tarixli qərarları ilə Ermənistanın üçüncü prezidentinin mühafizə xidmətinin keçmiş rəhbəri V.K, onun həyat yoldaşı və ona məxsus “Yans” restoran kompleksinin direktoru barəsində cinayət işi başlayıb.

Teleqraf.com xəbər verir ki, sabiq prezidentin keçmiş mühafizə xidmətinin rəisi zor tətbiq etmə hədəsi ilə müşayiət olunan xüsusilə külli miqdarda hədə-qorxu ilə pul tələb etməyə görə ittiham edilir.

Başlanmış cinayət təqibi əsasında müstəntiq üç təqsirləndirilən şəxsə ittiham elan edib. Onlara həbs-qətimkan tədbiri olaraq ölkədən çıxmaq qadağan edilib.

Qeyd edilir ki, 2017-ci il iyunun əvvəlində S.A. adlı şəxs müştərilərdən alınan pulun bir hissəsinin kassaya köçürülmədiyi iddia edilib. Bu zaman Sərkisyanın mühafizəsinin rəisinin xanımı S.A-dan 40 milyon tələb edib, əks təqdirdə mühasibin özünü və oğlunu öldürməklə hədələyiblər.

S.A. qızıl-zinət əşyalarını girov qoyub, qohumlarından borc götürərək mənzil satıb və 2017-ci ilin iyun-sentyabr aylarında qohumları vasitəsilə onlara 40 milyon dram köçürüb.


Müəllif: Nemət

Oxşar xəbərlər