29 Aprel 14:16
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici siyasətində Avropa Birliyi (AB) ilə daha sıx münasibətlərin qurulmasına səbəb olan dəyişiklik Rusiya üçün heç bir təhlükə yaratmır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın AB-dəki səfiri Tiqran Balayan “Politico” nəşrinə müsahibəsində bildirib.

“Ermənistanın coğrafiyasına görə onun tarixən və praktiki olaraq Rusiya ilə o qədər sıx əlaqələri var ki, Ermənistanın Rusiyanın regiondakı maraqlarını pozmağa çalışaraq intihara meyilli addım atacağı ancaq təxəyyül məhsulu ola bilər”, - erməni diplomat vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın hazırkı milli maraqları ondan AB ilə sıx əlaqələr qurmağı tələb edir.

“Politico” Ermənistanın hazırda KTMT üzvlüyünü dayandırdığını yazır. ABŞ nəşri qeyd edir ki, İrəvan bu fonda ABŞ qoşunlarını Ermənistanda birgə hərbi təlimlər keçirməyə dəvət edib, AB müşahidəçilərini gərgin situasiyada Azərbaycanla sərhədə yerləşdirib.

Balayan iddia edir ki, bütün bunları Rusiyanı bir kənara ataraq Qərbə üz tutmaq kimi qiymətləndirmək olmaz.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər