15 May 10:06
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Xarkov vilayətinin şimalında hücumunun tempi azalıb. Rusların məqsədi regionun dərinliklərinə enmək yox, Ukrayna ilə beynəlxalq sərhəddə bufer zona yaratmaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

Ukrayna rəsmiləri deyirlər ki, bir neçə günlük intensiv hücumlardan sonra Xarkovda vəziyyət yavaş-yavaş sabitləşir.

Ukrayna Baş Qərargahı bəyan edib ki, Silahlı Qüvvələr Vovçanskı təmizləməyə başlayıb, şəhərdə görünən rus hücum qruplarına zərbələr endirilir.

Eyni zamanda, Rusiya və Ukrayna mənbələri rusların bu istiqamətdə yeni taktikalardan istifadə etdiyini bildirirlər. Məsələn, 5 nəfərə qədər olan kiçik hücum qrupları Ukraynanın mövqelərinə soxulur, sonra isə digər kiçik hücum qrupları ilə daha böyük zərbə qrupunda birləşirlər. Rusiya qüvvələrinin Vovçanskda məhz bu şəkildə hərəkət etdikləri qeyd olunur.

ISW analitikləri hesab edirlər ki, kiçik hücum qruplarının taktikası Rusiyanın canlı qüvvə və texnika itkilərini artırmağa və bu istiqamətdə hücumun ümumi sürətini yavaşlatmağa imkan verə bilər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Anatoli Barqileviç söyləyib ki, ruslar təkcə son sutkada bu istiqamətdə 1740-a qədər hərbçisini itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər