15 May 11:32
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Baqrat Qalstanyanın aksiyasının iştirakçıları onlara qoşulmayan vətəndaşlara qarşı zorakılıq və nifrət dolu sözlər işlədirlər. Bu, Robert Köçəryan və Serj Sarkisyan hökumətlərinin üzvlərinin hansı dəyərlərə sahib olduqlarını açıq göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Respublika” Partiyasının üzvü Ani Xaçaturyan deyib.

“Təsadüfi deyil ki, Qalstanyanın tərəfdarları çıxışlarında əsasən “öləcəksiniz”, “məhv edəcəyik”, “döyəcəyik” kimi ifadələr işlədirlər. Bu hərəkatın arxasında duranlar (Sərkisyan və Köçəryan) uzun müddət bu şüarlarla Ermənistanı idarə ediblər”, - partiya funksioneri bildirib.

Xaçaturyan qeyd edib ki, Sərkisyan və Köçəryan (“Qarabağ klanı”) 1999-cu il oktyabrın 27-də parlament, 2008-ci il martın 1-də İrəvanda dinc aksiyanın iştirakçılarının gülləbaran edilməsinin təşkilatçılarıdır:

“Bugünkü aksiyaları da bu zehniyyətlə keçirirlər. Bəllidir ki, bu vətən yox, kreslo davasıdır. Onlar üçün belə bir leksikon və ya bu cür nifrət nitqi ən adi bir şeydir. Harada olur-olsunlar, bu lüğətlə işləyirlər. Bu insanlar hakimiyyətdə olarkən bu sözləri ağalarından görüb, eşidiblər və bunu şüurlu şəkildə edirlər”.

Xaçaturyan əlavə edib ki, uğursuzluğa düçar olduqlarını görən revanşistlər bu uğursuzluqlarını ört-basdır eləmək üçün müxtəlif yollarla əl atmağa başlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər