15 May 09:32
2 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MİT rəisi İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla gecə saatlarında görüşüb.

Teleqraf.com xəbər verir ki, “Türkiyə” qəzeti Beştəpədə baş tutan görüşün MHP lideri Dövlət Baxçalının Ankara Polis İdarəsində baş verənlərlə bağlı xəbərdarlığından sonra keçirildiyini yazır.

Məlumata görə, toplantıda kəşfiyyat və məhkəmə ilə bağlı məsələlər müzakirə olunub.

Ayhan Bora Kaplan cinayət işi bağlı iddialarda adı keçən və Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan polislərlə əlaqəli Ankara Polis İdarəsində baş verənlər gündəmdə qalmaqda davam edir. Dünən vəzifədən uzaqlaşdırılmış 3 polis əməkdaşının evlərində rəqəmsal materialların götürülməsi üçün axtarış aparılıb.

Bu gəlişmənin ardından Baxçalı bu vəziyyətin bir neçə polis rəisinin vəzifədən uzaqlaşdırılması ilə həll edilə bilməyəcəyi bir sui-qəsd olduğunu vurğulayıb: “Polis və məhkəmənin birgə fəaliyyəti ilə dövlət çevrilişi cəhdinin təkrarını planlaşdıranlara boyun əyə bilmərik”.

Ərdoğan bu məsələni müzakirə etmək üçün Kalın və Tunçla görüşüb. Məsələ ilə bağlı mühüm addımların atılacağı deyilir.

Prezident Ərdoğanın bu gün hakim partiyanın (AKP) toplantısında mövzu ilə bağlı mühüm açıqlamalar verməsi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu