15 May 09:49
3 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlıq əməkhaqqı minimumunun tətbiqi iki istiqamətdə əməkhaqqı fondunun formalaşmasına təkan verə bilər. Bu, eyni zamanda əməkhaqqlarının artımına gətirib çıxarar. Çünki saatlıq əməkhaqqının minimumunun tətbiqi işəgötürənlər qarşısında yeni öhdəliklər qoyacaq. Bu da tədricən əməkhaqqı fondunun artımına təsir göstərəcək.

Bunu Teleqraf.com-a iqtisadçi-ekspert Elşad Məmmədov deyib.

O qeyd edib ki, dünya təcrübəsində yeni trendlər formalaşıb:

“Qısa müddətli işə götürmə təcrübələri geniş yayılmaqdadır. Günlük, bir həftəlik, beş günlük hansısa işlərin yerinə yetirilməsi üçün əmək müqavilələri bağlanılır. Burada artıq aylıq deyil, saatlıq minimum əməkhaqqının tətbiqi daha effektiv və məntiqlidir”.

İqtisadçı hesab edir ki, bu yanaşmaların ölkəmizdə tətbiqi müsbət nəticələr verə bilər:

“Son illər ölkə rəhbərliyinin bilavasitə səyləri və sosial müdafiə sahəsindəki şəffaflığın təminatı baxımından müsbət nəticələr əldə olunub. Artıq işə götürmə prosesi, əmək münasibətlərinin leqallaşmasında müsbət nəticələr əldə edilib”.

Elşad Məmmədova görə, ölkəmizdə əmək haqqı fondunun artımı, minimum əməkhaqqlarının artırılması kimi müsbət göstəricilər var:

“Məhz bu kontekstdə saatlıq minimum əməkhaqqının tətbiqi də müsbət dəyişikliklərə əlavə impuls verəcək. Bütövlükdə isə bu, müsbət xarakterli addımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər