15 May 08:15
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

AVRO-2024-də yalnız yığma kapitanları hakimlərə yanaşmaq hüququna malik olacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə UEFA turnir iştirakçılarına təlimat göndərib.

Qurumun Hakimlər Komitəsinin direktoru Roberto Rozetti tərəfindən göndərilən məktub UEFA-nın saytında yayımlanıb. Hakimin meydandakı 22 futbolçunun təzyiqi zamanı öz qərarını tam açıqlaya bilmədiyi və bu addımın oyunun imicinə zərbə vurduğu bildirilib. Rozettinin məktubunda bəzi qərarların həmişə müzakirə olunacağını və ədalət təmsilçilərinə bunları açıqlaması üçün şəraitin yaradılmasının əhəmiyyəti vurğulanıb. Müraciətdə kapitanlar qaydalara riayət etməyə çağrılıb və onların hakimlərlə ünsiyyət quracaq əsas şəxs olduğu qeyd edilib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 11-nə kimi Almaniyada təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər