15 May 12:13
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili qarşıdan gələn parlament seçkilərində avropayönlü cəbhənin lideri olmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, prezident seçkilərdə birbaşa iştirak etməyi planlaşdırmadığını, müxalifət partiyaları və vətəndaş cəmiyyəti üçün yalnız qərbyönlü kursun qarantı olacağını vurğulayıb.

Zurabişvili “Rusiya qanunu” adlandırdığı hakim “Gürcü Arzusu” Partiyasının “Xarici agentlər haqqında” qanun layihəsinin Gürcüstanı Avropa yolundan ayırdığını deyib.

“Bu, Gürcüstan kritik andır, bilirsiniz ki, ötən ilin dekabrında Gürcüstan Avropa Birliyi üzvlüyünə namizəd statusu alıb və ilin sonuna kimi üzvlük danışıqlarına başlamağa yaxın idi. “Rusiya qanunu”na görə yenidən təzyiqlər olduğu üçün yolun yarısında dayanmışıq. Bu, Rusiya qanunlarından başqa bir şey deyil, çünki bizi Avropa Komissiyasının tövsiyələri və ümumilikdə Avropa yolundan uzaqlaşdırır”, - Gürcüstan prezidenti vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər