Bakıda qarşıdan gələn Formula 1 Azərbaycan Qaran Prisi yarışları ilə əlaqədar radiotezliklərin qorunması gücləndirilib.
Yarışların keçəcəyi yerlərdə radiomonitorinq şöbəsi tərəfindən radioelektrik avadanlıqların və onların parametrlərinin yoxlanılması keçirilir.
Mənbə qeyd edib ki, tezliklərə təsir göstərən və problemlər yaradan simsiz qurğulardır. Bu səbəbdən yarışlar zamanı bütün istifadə olunan avadanlıqlar dəqiq yoxlanılacaq.
Bildirilib ki, yarışlar vaxtı həmçinin mobil xidmətlərin də qüsursuz fəaliyyəti təmin olunacaq.
Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək./Trend/